İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike olacaq. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, İspaniya Futbol Federasiyası təcrübəli çalışdırıcı ilə 2 illik müqavilə imzalayacaq.
Luis Enrike Avro-2020-nin sonuna qədər yığmanın başında olacaq.
Fernando Yerronun göndərilməsindən sonra Kike Sançes Flores, Miçel və Viktor Sançesin adı İspaniya millisi ilə hallanırdı.
Qeyd edək ki, İspaniya dünya çempionatında 1/8 finalda penalti zərbələri sonunda Rusiyaya məğlub olaraq, mübarizəni dayandırmışdı.