“Tottenhem”in yarımmüdafiəçisi Harri Uinks karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Barselona”nın maraq dairəsinə düşüb.
Əslində, kataloniyalılar London klubunun digər üzvü Kristian Eriksenlə maraqlanırdılar. Hətta onun oyununu canlı izləmək üçün “Barsa”nın skautları “Tottenhem” – “Real” matçına tribunadan baxıblar. Lakin onların diqqətini daha çox Uinks cəlb edib.
Qarşı tərəflə danışıqlara start verilib.
Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Harri Uinks bu ildən İngiltərə yığmasına da çağırılır.