"Coachworldranking" saytı dünyanın ən yaxşı məşqçilərinin yeni siyahısını təqdim edib.
Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, ilk sırada "Barselona"nın baş məşqçisi Luis Enrike qərarlaşıb. Kataloniya klubu onun rəhbərliyi altında artıq İspaniya çempionu olub, həmçinin Çempionlar Liqasının və İspaniya Kubokunun finalına yüksəlib.
İkinci yerdə Madrid "Real"ını çalışdıran Karlo Ançelottidir. İlk üçlüyü "Sevilya"nın baş məşqçisi Unai Emeri tamamlayır.
İlk onluq belədir:
1. Luis Enrike ("Barselona") – 16 754 xal
2. Karlo Ançelotti ("Real") – 15 894
3. Unai Emeri ("Sevilya") – 13 023
4. Xosep Qvardiola ("Bavariya") – 12 579
5. Dieqo Simeone ("Atletiko") – 11 132
6. Diter Hekinq ("Volfsburq") – 10 595
7. Massimiliano Alleqri ("Yuventus") – 10 211
8. Arsen Venger ("Arsenal") – 9798
9. Xulen Lopetegi ("Portu") – 9730
10. Joze Mourinyo ("Çelsi") – 9621