İsveçin Stokholm şəhərində UEFA-nın qadın futbolunun inkişafına həsr olunmuş tədbiri keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, tədbirdə UEFA-nın üzv assosiasiyalarının baş katibləri, UEFA İcraiyyə Komitəsinin üzvləri, FIFA-nın qadın yarışlarının keçirilməsi və üzv assosiasiyaların inkişafı şöbələrinin nümayəndələri iştirak edir.
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda qadın futbolunun hazırkı vəziyyəti, bu sahədə təşkil olunmuş tədbir və turnirlər, həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı xüsusi təqdimatla çıxış edəcək.