İspaniya millisinin keçmiş baş məşqçisi Visente Del Boske peşəkar karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, AÇ-2016-dan sonra “buğalar”la yollarını ayıran təcrübəli mütəxəssis bir daha başqa komanda çalışdırmayacaq.
Bu barədə Del Boske özü ispaniya mətbuatına açıqlama verib: “Bir daha hansısa komandada çalışmaq istəmirəm. İşlə bağlı nostalji hisslərim yoxdu. Bundan sonra peşəkar futbola qayıtmayacam”.
Qeyd edək ki, 2008-ci ildən 2016-cı ilə qədər İspaniya millisinə rəhbərlik etmiş təcrübəli mütəxəssis 2008 və 2012-ci illərdə Avropa, 2010-cu ildə isə dünya çempionu olub.