Delarjın müqavilə müddəti açıqlandı
24 iyul 2018 19:09 (UTC +04:00)

Delarjın müqavilə müddəti açıqlandı

Con Delarjın “Qarabağ”a transferi rəsmiləşib. Apasport.az-n klubun saytına istinadən məlumatına görə, konqolu hücumçunun ağdamlılarla müqaviləsinin detalları açıqlanıb.

 

“Bursaspor”dan transfer edilən 28 yaşlı forvard yeni komandası ilə 2+1 illik müqavilə bağlayıb. Yəni klub 2 ildən sonra onun anlaşma müddətini daha 1 il uzatmaq hüququna malik olacaq. Forvard Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə oyunda Azərbaycan çempionunun heyətində debüt edə bilər.

 

Qeyd edək ki, karyerasına Kamerunun “Yunion Duala” klubunda başlayan Con Delarj “Dunayska Streda” (Slovakiya), “Slovan” (Çexiya), “Admira” (Avstriya), “Osmanlıspor” və “Bursaspor”da (Türkiyə) çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416
avatar

Oxşar yazılar