Azərbaycan millisi Lixtenşteynə qalib gəlib...yerində saydı
14 fevral 2013 14:40 (UTC +04:00)

Azərbaycan millisi Lixtenşteynə qalib gəlib...yerində saydı

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə heç bir irəliləyişə nail olmayıb.

 

Yoldaşlıq görüşündə Lixtenşteyn üzərində 1:0 hesablı qələbə sayəsində aktivinə daha 6 xal yazmasına baxmayaraq, millimiz 283 xalla 128-ci pillədə qalıb. Əvəzində 1129 xala malik Portuqaliya millisi 1 pillə irəliləyib. Halbuki bu komanda fevralın 6-da yoldaşlıq görüşündə Ekvadora 2:3 hesabı ilə uduzub. İndi prineylilər 6-cı pillədədirlər.

 

Rusiya yığması isə İslandiyanı 2:0 hesabı ilə yenməsinə rəğmən, 1 pillə geriləyib. Hazırda şimal qonşularımız 1055 xalla 10-cu sıradadır.

 

Finlandiyaya 2:1 hesabı ilə qalib gələn İsrail millisi 10 pillə irəliləyib və 495 xalla 66-cı pilləyə qalxıb. Malta ilə 0:0 hesablı heç-heçədən sonra Şimali İrlandiya yığması 4 pillə geriləyərək, 354 xalla 102-ci olub. Lüksemburq isə Ermənistanla 1:1 hesablı heç-heçə etsə də, 174 xalla 148-ci pillədə qalıb.

 

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik baş verməyib. İspaniya 1590 xalla 1-ci, Almaniya 1437 xalla 2-ci, Argentina 1281 xalla 3-cüdür. Çexiyaya 0:2 hesablı məğlubiyyət Türkiyə millisini 1 pillə geri salıb. Hazırda “ay-ulduzlular” 616 xalla 41-ci pillədə yer alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1183
avatar

Oxşar yazılar