Avroliqada həftənin futbolçusu bəlli oldu
24 noyabr 2017 20:42 (UTC +04:00)

Avroliqada həftənin futbolçusu bəlli oldu

0

Avropa Liqasında V turun ən yaxşı oyunçusu bəlli olub. Apasport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermənin nəticələri açıqlanıb.

 

Rusiyanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi Cefferson Farfan hər kəsi qabaqlayıb. O, ümumi iştirakçıların 41%-nin səsini toplayıb. Farfan Avroliqanın V turunun “Kopenhagen” ilə oyununda (2:1) dublla yadda qalıb.

 

İkinci pilləni “Milan”lı Andre Silva tutub. “Austriya” ilə oyunda (5:1) 2 qol vuran portuqaliyalı 25%-in rəğbətini qazanıb.

 

Üçüncü pillədə isə daha bir dubl edən futbolçu - “Slaviya”nın yarımmüdafiəçisi Yozef Quşbauer qərarlaşıb. Tel-Əviv “Makkabi”sinin (2:0) məyus edən futbolçu 14% səs toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar