UEFA Avropa Liqasının final matçının baş hakimi bəlli olub. Apasport.az saytının uefa.com-a istinadən məlumatına görə, “Dnepr” – “Sevilya” oyununu ingilis hakim Martin Atkinson idarə edəcək.
Baş hakimə həmyerliləri Maykl Möllerki və Stiven Çayld kömək edəcək.
Oyunun dördüncü hakimi çexiyalı Pavel Kraloveç, digər yardımçı hakimlər isə Entoni Teylor və Andre Marriner olacaq.
Xatırladaq ki, Avroliqanın final oyunu mayın 27-də Polşanın paytaxtı Varşavada baş tutacaq.