“Real” daha bir futbolçusunu istədiyi vaxt geri qaytarmaq şərti ilə satmağa hazırlaşır. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu” gənc hücumçu Xese Rodrigesi transferə çıxarıb.
Alvaro Moratanı eyni şərtlərlə “Yuventus”a satan madridlilər indi də Xese üçün gələcək təklifləri dəyərləndirəcəyini bəyan edib. Lakin baş məşqçi Karlo Ançelotti bu qərarla razılaşmır. İtaliyalı mütəxəssis postunda qalacağı təqdirdə Xesenin satılmasının qəti əleyhinə olacaq və onun komandada qalmasına çalışacaq.