AÇ-2016: Belçika və İrlandiya 1/8 finalda
23 iyun 2016 01:04 (UTC +04:00)

AÇ-2016: Belçika və İrlandiya 1/8 finalda

0

Bu gün Avropa çempionatında qrup mərhələsinin son oyunları keçirilib.

 

APA-nın məlumatına görə,  E qrupunda İtaliya  İrlandiya ilə, İsveç isə Belçika ilə qarşılaşıb.

 

Hər iki matç 0:1 hesabı ilə başa çatıb.

 

Oyunların nəticələrinə görə, Belçika və İrlandiya turnirin 1/8 final mərhələsinə adlayıblar.

 

İtaliya yığması 2-ci turdan sonra play-off mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, son oyuna qədər növbəti mərhələyə çıxmaq şanslarını qoruyub saxlayan Türkiyə millisi ("D" qrupu) çempionatla vidalaşıb.  Slovakiya, İrlandiya, Şimali İrlandiya və Portuqaliyadan geri qalan “ay-ulduzlular” Albaniya ilə birlikdə ən zəif 3-cü olub.

 

 

Avropa çempionatı - 2016

22 iyun

 

E qrupu

İtaliya - İrlandiya - 0:1

Qol: Bredi, 85

 

İsveç - Belçika - 0:1

Qol: Naynqolan, 84

 

 

1.

İtaliya

3

2

0

1

3-1

6

2.

Belçika

3

2

0

1

4-2

6

3.

İrlandiya

3

1

1

1

2-4

4

4.

İsveç

3

0

1

2

1-3

1

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar