“Qalatasaray” İsveçrə millisinin türk əsilli hücumçusu Ərən Dərdiyoku transfer edib.
Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klub futbolçu ilə müqavilə imzaladığını açıqlayıb.
28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, ötən mövsüm Derdiyok Türkiyənin “Kasımpaşa” klubunda çıxış edib.