"Neftçi"nin yeni prezidenti məlum oldu  - YENİLƏNİB
16 fevral 2018 13:45 (UTC +04:00)

"Neftçi"nin yeni prezidenti məlum oldu - YENİLƏNİB

0

 

“Sumqayıt”ın prezidenti Kamran Quliyev vəzifəsindən uzaqlaşıb. Apasport.az saytının məlumatına görə, o, bu gün istefa ərizəsini rəhbərliyə təqdim edərək, postundan ayrılıb.

 

Quliyev bundan sonra işini “Neftçi” klubunda davam etdirəcək. Belə ki, o, “ağ-qaralar”da istefa verən Orxan Hüseynzadəni əvəz edəcək.

 

Hüseynzadənin paytaxt təmsilçisindən ayrılmasının səbəbi onun işinin klubun təsisçisi olan SOCAR-ı qane etməməsi olub.

 

“Neftçi”də boş qalan prezidentlik postunu məhz Kamran Quliyev tutacaq.

 

 

***

 

 

12:39

 

 

“Neftçi”də istefa baş verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klub prezidenti Orxan Hüseynzadə vəzifəsindən uzaqlaşıb.

 

Onun şəxsi istəyi ilə tutduğu postdan ayrıldığı bildirilib. Belə ki, Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. Nəticədə prezidentin istefası qəbul olunub.

 

Qeyd edək ki, Orxan Hüseynzadə ötən il iyulun 6-da “Neftçi”nin prezidenti təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar