"Real Madrid"in ulduzu Kristiano Ronaldo 2013-cü ildə qazandığı "Qızıl top" mükafatını hərracda satıb.
Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, FİFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi mükafat hərracda 600 min avroya satılıb. Mükafatı İsrailin ən zəngin iş adamlarından biri olan İdan Ofer alıb. Satış zamanı Ronaldo gözyaşlarını saxlaya bilməyib.
Bu pulun ölümcül xəstəliklərlə mübarizə aparan uşaqlara xərclənəcəyi açıqlanıb.