İtaliya Futbol Federasiyası “Yuventus”un prezidenti Andrea Anyellinin appelyasiya şikayətinə baxıb.
Apasport.az saytının məlumatına görə, klub rəsmisinin bir illik cəzası ləğv edilib. Anyelli artıq vəzifəsinin icrasına davam edə bilər.
Qeyd edək ki, klub prezidenti bilet satışındakı maxinasiyalara görə, bir il müddətinə futboldan uzaqlaşdırılmışdı. Ancaq o, canını belə asanlıqla qurtara bilməyəcək. Belə ki, federasiya tərəfindən “Yuventus” 600, Anyelli özü isə 100 min avro miqdarında cərimə edilib.