Dənizli təcili xəstəxanaya aparıldı, xanımı Türkiyədən Bakıya gəldi - <span style="color:red;">YENİLƏNİB
01 fevral 2014 16:51 (UTC +04:00)

Dənizli təcili xəstəxanaya aparıldı, xanımı Türkiyədən Bakıya gəldi - YENİLƏNİB

"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov isə Lent.az-a açıqlamasında Dənizlinin qrip yox, yüksək təzyiq səbəbindən xəstəxanaya yerləşdirildiyini deyib: “Baş məşqçimiz dünən axşam məşqindən sonra özünü yaxşı hiss etməyib. O, yüksək təzyiqdən şikayətçi olub və bu səbəbdən xəstəxanaya yerləşdirilib. Hazırda səhhəti normal olsa da, hələ evə buraxılmayıb. Həkimlər səhhətinin qəfildən pisləşməsinin səbəbini araşdırırlar”.

                          

Nadirovun dediyinə görə, bu gün səhər saatlarında Dənizlinin həyat yoldaşı da Bakıya gəlib. “Qarabağ”la Topaz Premyer Liqasının XIX tur matçında isə komandaya onun köməkçisi Oğuz Çətin rəhbərlik edəcək.  

 

16.41.

 

Bir neçə dəqiqə sonra “Qarabağ”la başlayacaq oyun qabağı "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizlinin səhhəti kəskin pisləşib.

Lent.az-ın acunn.com-a istinadən verdiyi məlumata görə, Dənizli Dənizli qripin ağır formasına yoluxub. Hazırda o, Gömrük xəstəxanasındadır.

 

# 6266
avatar

Oxşar yazılar