“Vahid Ələkbərov, bəsdi!”  - <span style="color:red;">"Lukoyl"-un sahibi tənqid edildi
20 may 2015 22:44 (UTC +04:00)

“Vahid Ələkbərov, bəsdi!” - "Lukoyl"-un sahibi tənqid edildi

“NTV+” idman kanalının baş redaktoru Vasili Utkin “Spartak”ın prezidenti Vahid Ələkbərovu sərt tənqid edib. Apasport.az saytının məlumatına görə, tanınmış jurnalist “Spartak” üçün baş məşqçiliyə namizədlər haqqında yazdığı yazısında azərbaycanlı iş adamına müraciət ünvanlayıb.

 

İş adamının klubun idarəçiliyində ön planda olmasının vacibliyini vurğulayan tanınmış şərhçi Vahid Ələkbərovu aktiv olmağa çağırıb:

 

“Vahid Yusifoviç, artıq bəsdi! “Spartak” məhz sizindir, başqa heç kimin deyil. Klubu axmaqcasına da olsa, siz özünüz idarə etməlisiniz. Yetər artıq, hansısa fiqurun arxasında gizləndiniz.

 

“Spartak”ın sahibi Vahid Ələkbərovdur, Leonid Fedun deyil. Sözüm sizədir, artıq ön plana çıxın və özünüz qərar verin!”

 

Xatırladaq ki, Leonid Fedun “Lukoyl” şirkətinin vitse-prezidentidi. O, eyni zamanda 2004-cü ildən bəri “Spartak”ın Direktorlar Şurasının üzvüdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar