
“Real Madrid” Qaret Beyli transferə çıxardıb
İspaniyanın "Real Madrid" klubu futbolçusu Qaret Beyli transferə çıxardıb.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qərar "kral" klubunun prezidenti Florentino Peres və baş məşqçisi Zinəddin Zidanın arasında qəbul edilib və klub uelsli futbolçunu yay transfer pəncərəsində satışından 175 milyon avro gəlir əldə etmək niyyətindədir.
Həmçinin bildirilib ki, bu qərar mövsümün sonuna kimi futbolçunun oyunundan asılı olmadan dəyişilməyəcək.
Qeyd edək ki, Qaret 2013-cü ildə İngiltərənin "Tottenhem" klubundan 100 milyon avro qarşılığında Madrid klubuna keçib. O, cari mövsümdə "Real"ın heyətində 28 oyunda iştirak edib, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Real Madrid"in Beyl ilə müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulur.
Oxşar yazılar

Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04