Türkiyə Super Liqasının XXXII turunda “Gənclərbirliyi” qarşılaşmasında zədələnən “Qalatasaray”ın kapitanı Səlcuq İnanın zədəsi ciddidi. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli yarımmüdafiəçi təxminən 15 gün oynaya bilməyəcək.
Arxa əzələsində qanama və şiş əmələ gələn futbolçu “Beşiktaş” derbisində komandasının heyətindəki yerini ala bilməyəcək.
Derbidə “cimbom”un itkisi bununla yekunlaşmır. Müdafiəçi Çedjunun da zədəsi tam olaraq sağalmayıb və afrikalı futbolçunun oynayıb-oynamaması oyundan qabaq bəlli olacaq.