“Neftçi” AZAL-la bacarmadı
06 sentyabr 2015 00:04 (UTC +04:00)

“Neftçi” AZAL-la bacarmadı

“Neftçi” daha bir yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “ağ-qaralar” bu dəfə AZAL klubu ilə qarşılaşıb.

 

 

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutmuş oyun 1:1 hesabı ilə nəticələnib.

 

 

“Neftçi”nin heyətində yeni transfer Anyete fərqlənib. Bundan əvvəlki yoxlama görüşündə debüt edərək əvəzedici heyətin qapısına yol tapmış ispaniyalı hücumçu ardıcıl ikinci oyunda qol vurub.

 

 

Qeyd edək ki, “Neftçi”nin əsas heyətinin 8 futbolçusu milli komandalarımızın düşərgəsində olduğundan, AZAL-la oyunda meydana çıxmayıb. (klub saytı)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar