“Mançester Yunayted” mövsümə kubokla başladı
08 avqust 2016 04:48 (UTC +04:00)

“Mançester Yunayted” mövsümə kubokla başladı

İngiltərə superkubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, son Premyer Liqa çempionu "Lester" və  Federasiya Kubokunun qalibi "Mançester Yunayted" "Uembli"də münasibətlərinə aydınlıq gətiriblər.

 

Oyunda hesabı Joze Mourinyonun yetirmələri açıb. "Tülkülər" Linqardın qoluna ikinci hissədə cavab veriblər. Ceymi Vardi hesabda tarazlığı bərpa edib. Oyunda son nöqtəni isə mankunianların yeni transferi, Zalatan İbrahimoviç qoyub - 2:1.

 

Beləliklə, Mourinyo "Mançester Yunayted"in “sükan”ı arxasında ilk titulunu qazanıb.

 

Bu, "qırmızı şeytanlar"ın qazandığı sayca 21-ci superkubokdu.

 

İngiltərə superkuboku

7 avqust

 

“Lester” – “Mançester Yunayted” – 1:2

Qollar: Ceymi Vardi, 52 - Yesse Linqard, 32. Zlatan İbrahimoviç, 83

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar