“Beşiktaş” erməni futbolçudan imtina etdi
02 iyun 2014 12:27 (UTC +04:00)

“Beşiktaş” erməni futbolçudan imtina etdi

Türkiyənin “Beşiktaş” klubu Ermənistan yığmasının futbolçusu Aras Özbilizin adını transfer siyahısından çıxarıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Spartak” Moskvada çıxış edən A.Özbilizin zədələnməsi səbəbi ilə “Beşiktaş” transferdən vaz keçib. 

 

“Qalatasaray”-ın da maraqlandığı A.Özbiliz 6 ay müddətində meydana çıxmayacaq.

 

Türkiyə Futbol Federasiyasının əcnəbi oyunçularla bağlı qəbul etdiyi “5+3” (5 nəfər meydanda, 3 nəfər ehtiyatda) qərarından sonra “Beşiktaş” yerli oyunçuların heyətdə genişləndirmək üçün Bakırköydə anadan olmuş A.Özbilizi transfer etmək istəyirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212

Oxşar yazılar