“Barselona”ya daha bir zərbə
22 fevral 2013 12:16 (UTC +04:00)

“Barselona”ya daha bir zərbə

İspaniyanın “Barselona” klubu futbol üzrə Çempionlar Liqasında İtaliya “Milan”ı ilə keçirəcəyi 1/8 final mərhələsinin cavab görüşünə baş məşqçi Tito Vilanovasız çıxacaq. Lent.az-ın məlumatına görə, Kataloniya klubunun prezidenti Sandro Rossel Vilanovanın hazırda ABŞ-da olduğunu bildirib.

 

Rossel deyib ki, Vilanova okeanın o tayına xəstəliyi ilə əlaqədar gedib.  Onun İspaniyaya martın sonlarında qayıdacağı gözlənilir.

 

Qeyd edək ki, “Barselona” ilə “Milan” arasındakı cavab görüşü martın 12-də “Nou Kamp” stadionunda olacaq. İlk görüşdə İtaliya komandası qalib gəlib – 2:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1862
avatar

Oxşar yazılar