“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun baş məşqçisi Xavinin gələcəyi haqda danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub rəhbəri açıqlamasında baş məşqçidən razı qaldığını deyib:
“Biz Xaviyə tamamilə güvənirik”.
Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində 35 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Jirona”dan 9 xal geri qalır. Çempionlar Liqasının 1/8 final mərhələsində Kataloniya klubu “Napoli” ilə qarşılaşacaq.
Xavinin “Barselona” ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Son həftələr mətbuatda ispaniyalının komandanın bu mövsümdə əldə etdiyi zəif nəticələrə görə mövqeyini itirə biləcəyi ilə bağlı şayiələr fəal şəkildə müzakirə olunur.