Tarixdəki ən qəribə  Avropa çempionatı
04 iyul 2021 03:18 (UTC +04:00)

Tarixdəki ən qəribə Avropa çempionatı

Futbol üzrə Avro-2020 mütləq tarixin ən qəribə Avropa çempionatı olacaq.

Lent.az xəbər verir ki, indiyədək yarışmada oyunçular öz qapılarına 10 qol vurublar.

Növbəti belə qol iyulun 2-də İsveçrə-İspaniya oyununda qeydə alınıb. Bu isə o deməkdir ki, Avropa çempionatında heç vaxt oyunçular öz qapılarına bu qədər qol vurmayıblar. Bununla  həm də Mişel Platininin məhsuldarlıq rekordu geridə qalıb.

Platimi 1984-cü ildə Avropa çempionatında 9 qol vurmaqla məhsuldarlıq baxımından rekorda imza atmışdı. Sanki avtoqol Avro-2020-nin ən yaxşı məhsuldarlığı olacaq. 

Qeyd edək ki, bu çempionat da avtoqolla başlayıb. Bəxti gətirməyən isə Türkiyə millisinin müdafiəçisi Merih Dəmirəl olub. O, İtaliya ilə oyunda öz qapısına qol vurmaqla hesabın açılmasına səbəb olmuşdu. 

Polşa millisinin qapıçısı Voytseh Şensnının öz qapısına qol vurması isə Avropa çempionatı tarixində ilk hadisədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3126
avatar

Oxşar yazılar