Danimarkanın “Saxo Bank”ı gələn ilin ortalarında neft qiymətlərinin böyük artımından sonra Səudiyyə Ərəbistanı hökumətinin növbəti futbol addımını proqnozlaşdırıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bankın rəsmi proqnozuna istinad edərək bildirilir ki, ərəb ölkəsi gələcəkdə qlobal futbol liqasının yaradılması üçün UEFA Çempionlar Liqasını satın almağa ciddi yanaşır. Təhlilçilər bu addımın Səudiyyə Ərəbistanı turizminə müsbət təsir edəcəyini deyirlər.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yaser Əl-Misehal ölkəsinin ilin istənilən vaxtında 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.