Sergen Yalçın “Beşiktaş”dan ayrıldı:  İlk sözləri
18 may 2026 16:18 (UTC +04:00)

Sergen Yalçın “Beşiktaş”dan ayrıldı: İlk sözləri

0

"Beşiktaş"da Sergen Yalçın dövrü başa çatdı. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, prezident Serdal Adalı ilə görüşdən sonra istefa verən təcrübəli məşqçi bildirib: "Şərtlər çətin olan 2021-ci ildə kuboklar qazandım. 1,5 milyon dollardan imtina etdim. İndi deyirlər ki, mən "kompensasiya dalınca qaçıram". Əgər mənə borclu pulum varsa, gedəcəm. Digər məşqçilər maaş ala bilər, amma biz almayacağıq. Biz "beşiktaşlı”yıq, bu, bizə yaraşmazdı".

Super Liqada dördüncü yeri tutan və "Beşiktaş"dakı gələcəyi müzakirə olunan Sergen Yalçın, klubun məşq mərkəzində prezident Serdal Adalı ilə görüşüb. Xüsusilə "Konyaspor" oyunundan və artan azarkeş etirazlarından sonra baş tutan görüş onun ayrılması qərarı ilə nəticələnib.

Yalçın həmçinin azarkeşlərin ona qarşı reaksiyasına qarşı da narazılığını bildirib. 53 yaşlı məşqçi deyib: "Mən bu kluba nə etdim ki, azarkeşlərdən bunu haqq etdim? Onlar məni sosial yalnız buraxdılar".

Təcrübəli məşqçi etirazların işi çətinləşdirdiyini söyləyib. Sergen Yalçın deyib: “Artıq hər oyunda etiraz qorxusu ilə davam edə bilmərik. "Trabzonspor" oyununda kapitanım qoldan sonra yanıma qaçdı və arxamdakılar “Niyə qaçırsan?” deyə hıçqırırdılar. Bu mühitdə necə işləyə bilərik?”

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar