Braziliya millisinin sabiq futbolçusu Rivaldo “Mançester Yunayted”in mövsümə uğursuz başlamasını şərh edib.
Apasport.az saytının məlumatına görə, əfsanəvi oyunçu Premyer Liqa klubunun düşdüyü durumun acınacaqlı olduğunu bildirib.
O, bunu komandadakı ulduz futbolçularla əlaqləndirib:
“Mançester Yunayted” mövsümə kiçik komandalara dəhşətli şəkildə məğlubiyyətlərlə başladı. “Brentford”la görüşdəki 0:4 hesabı ilə alçaldıcı yenilgi oldu. Komandada meydanda komanda ruhu yarada bilməyən kifayət qədər böyük oyunçular var. Kriştiano Ronaldo da sanki meydanda yox, ondan kənardadır. Hazırkı dönəm “qırmızı şeytanlar”ın azarkeşləri üçün kədərli anlardır”.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın ilk iki turunda xalsız qalıb.