İngiltərənin "Mançester Yunayted" klubu ilə müqavilə imzalayan braziliyalı yarımmüdafiəçi Kasemiro "Real"la vida mərasimindən duyğularını bölüşüb.
“Həqiqət budur ki, mən heç vaxt “Real”la belə vidalaşmağı xəyal etməmişdim. Heç vaxt. İçimdə tuta bilmədiyim duyğulara görə üzr istəyirəm. Belə böyük sevgi üçün ürəkdən təşəkkür edirəm. Madridistlər ayrılır. Hər kəsə uğurlar. Halla Madrid", - Lent.az-ın xəbərinə görə, Kazemiro “Twitter” səhifəsində yazıb.
Bundan əvvəl bildirilirdi ki, 30 yaşlı Kasemiro üçün “Real” 60 milyon avro alacaq, daha 10 milyon avro bonus olaraq ödənilə bilər.
O, “Kral klubu”nun heyətində Kazemiro ümumilikdə 336 oyun keçirib, 31 qol vurub və 29 məhsuldar ötürmə edib. “Real” ilə birlikdə beş dəfə Çempionlar Liqasının, üç dəfə İspaniya çempionu və eyni sayda - Klublararası Dünya Kubokunun qalibi olub.