"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted"lə oyunda növbəti məğlubiyyət fonunda komandasının uğursuzluqlarından danışıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ispaniyalının fikrincə, komandasının ən yaxşı futbolunu göstərə bilməməsində günahkar odur.
“Mən patronam. Mən menecerəm. Mən həll yolu tapmalıyam. Mən işimi kifayət qədər yaxşı görmürəm.
Çox sadədir. Mən öhdəsindən gələ bilmirəm, bu doğrudur.
Mən bu mövsümün çətin olacağını təxmin edirdim və həmişə bu barədə danışırdım, amma bu qədər çətin olacağını düşünmürdüm”, –Qvardiola vurğulayıb.
Qeyd edək ki, “Mançester Yunayted”lə görüşdə 88-ci dəqiqəyə kimi “Mançester Siti” öndə olsa da, sonradan Bruno Fernandeş penaltini, bir dəqiqə sonra isə Amad Diallo ikinci qolu vurub.