"Viktoriya" Plzen - "Qarabağ" qarşılaşması 2:1 hesabı ilə başa çatıb.
Lent.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasını tərk edib və Avropa Liqasında oynayacaq.
***
00.30
"Viktoriya" Plzenin "Qarabağ"la qarşılaşmada 73-cü dəqiqədə rəqib komanda irəli keçib.
Lent.az xəbər verir ki, hesab 2:1-dir.
***
00.17
"Viktoriya" Plzen "Qarabağ"la qarşılaşmada hesabı bərabərləşdirib.
Lent.az xəbər verir ki, hesab 1:1-dir.
***
23.43
"Qarabağ" ilk qolunu vurub.
Lent.az xəbər verir ki, Ozoviç 38-ci dəqiqədə hesabı açıb. “Qarabağ” 1-0 öndədir.
***
23.05
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirir.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan Ağdam klubu pley-offun cavab görüşündə qüvvəsini sınayır.
Qurban Qurbanovun yetirmələri Plzendə “Viktoriya”nın qonağıdır. Bakıda Çexiya çempionu ilə qolsuz heç-heçə edən “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa yüksəlmək üçün ən azı penaltilər seriyasında da olsa, mütləq qalib gəlməlidir. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Qeyd edək ki, cütün qalibi Çempionlar Liqasının, məğlubu Avropa Liqasının qrup mərhələsində oynayacaq.