Fransa çempionu PSJ UEFA-dan 148,4 milyon avro alacaq.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, finalda uduzan Milanın "İnter"i isə 136,6 milyon avro qazanacaq. Üçüncü yeri tutan Londonun "Arsenal"a isə 117 milyon avro veriləcək.
PSJ Avropa Superkuboku oyununa görə daha 4 milyon alacaq. Rəqib Avropa Liqasının qalibi Londonun "Tottenhem"i olacaq. Xatırladaq ki, PSJ finalda "İnter"i 5:0 hesabı ilə məğlub edib.