İngiltərə Premyer Liqasında koronavirus pandemiyasına qarşı vaksinasiya məcburi olacaq.
Apasport.az saytının məlumatına görə, futbolçular, məşqçilər və klub nümayəndələri oktyabrın 1-dək vaksin olunmalıdır.
Bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib. Vaksin olunmayanlar çempionat matçlarına buraxılmayacaqlar.