Portuqaliya millisinin yarımmüdafiəçisi Danilu Pereyra zədə səbəbindən dünya çempionatında daha oynamayacaq.
Apasport.az xəbər verir ki, o, reabilitasiyadan keçəcəyi PSJ-nin olduğu yerə qayıdacaq.
Daha əvvəl zədə səbəbindən Portuqaliya millisi və PSJ-nin daha bir futbolçusu Nunu Mendeş turnirdən kənarda qalıb.
Qeyd edək ki, dünya çempionatında Danilu Pereyra cəmi 1 görüş keçirə bilib. O, Qana ilə matçda meydanda olub.