Pişiyi vurduğu üçün milliyə çağırılmayacaq
11 fevral 2022 19:40 (UTC +04:00)

Pişiyi vurduğu üçün milliyə çağırılmayacaq

“Vest Hem”in müdafiəçisi Kurt Zuma Fransa millisinin qarşıdakı oyunlarına çağırılmayacaq.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun evində pişiyi vurduğunu göstərən videonun sosial şəbəkədə yayılmasıdır.

Zuma martda Cənubi Afrika Respublikası və Fil Dişi Sahili ilə keçiriləcək yoldaşlıq görüşlərində heyətdə yer almayacaq. 28 yaşlı arxa xətt oyunçusunun heyvana qarşı hərəkətindən hiddətlənən Fransa yığmasının baş məşqçisi Didye Deşam onu bu şəkildə cəzalandırmaq qərarına gəlib.

Qeyd edək ki, Kurt Zuma 2015-ci ildən Fransa millisinə çağırılır. O, yığmada 11 oyun keçirib, 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar