Londonun "Çelsi"si klubu və "Barselona" hücumçu Pyer-Emerik-Obameyanqın transferi ilə bağlı razılığa gələ bilməyiblər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, mənbə qeyd edir ki, London klubu hələ də 33 yaşlı qabonlu ilə bağlı İspaniya komandası ilə razılığa gəlməyib. Əlavə edilir ki, danışıqlar prosesi davam edir, lakin problem yalnız oyunçu üçün qiymətin məbləğindədir. İngiltərə klubu kataloniyalıların tələb etdiyi 30 milyon avronu ödəmək istəmir.
İddia edilir ki, hər iki tərəf danışıqların növbəti raundunda bəzi detalları həll etməlidir.
Obameyanq 2022-ci ilin yanvarında pul ödənmədən "Barselona"ya keçib. İngiltərədə 2018-ci ilin yanvar ayından Londonun başqa bir klubu olan "Arsenal"da çıxış edib. İspaniyada 24 oyuna çıxan hücumçu 13 qol vurub və məhsuldar ötürmə edib.