Nurməhəmmədovu Bakıda döyüşə çağırdılar
12 aprel 2025 09:42 (UTC +04:00)

Nurməhəmmədovu Bakıda döyüşə çağırdılar

UFC yüngül çəki divizionunun Krasnoyarsk diyarından olan ikinci nömrəsi Petr Yan həmyerlisi Umar Nurməhəmmədovla potensial qarşılaşma ilə bağlı danışıqlara başlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, idmançı sosial şəbəkə vasitəsilə yaxın aylarda qəfəsdə görüşəcəklərini təklif edib.

"Gəlin bunu edək. Bakı və ya Əbu-Dabi", - Yan Dağıstan məktəbinin nümayəndəsinə müraciət edib.

Mümkün məkanlara qarşıdan gələn iki tanıtım turniri daxildir: 21 iyun Azərbaycan tədbiri və ya iyulun 26-da Əmirliyin döyüş gecəsi.

Yanın qəfəsdə sonuncu çıxışı 2024-cü ilin noyabrında baş tutub. Hakimlər yekdilliklə ona braziliyalı Fiqeyredo üzərində qələbə qazandırıb. Bu uğur keçmiş çempion üçün ardıcıl ikinci olub.

Əvvəllər məğlub olmayan Nurməhəmmədov 2025-ci ilin yanvarında UFC 311-də gürcü əsilli hazırkı çempion Merab Dvalişvilinin səddini aşa bilməyib və xal hesabında məğlub olub.

Petr Yan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578

Oxşar yazılar