Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycanın turnirdə davam etdirən yeganə təmsilçisi “Neftçi”nin də mümkün rəqibi bəlli olub.
Əsas yolda mübarizə aparan “ağ-qaralar” III təsnifat mərhələsini adlasa, “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bunun üçün Laurentsiu Regekampfın yetirmələri Avstriyanın “Rapid” (Vyana) klubunu keçməlidir.
“Neftçi” pley-offa vəsiqə qazansa, ilk qarşılaşmanı səfərdə keçirəcək. Bu mərhələnin görüşləri avqustun 18-də və 25-də baş tutacaq.
Qeyd edək ki, “Neftçi” və “Rapid” arasında qarşılaşmalar avqustun 4-də və 11-də olacaq.