“Neftçi” – “Rapid”: Favorit açıqlandı
04 avqust 2022 18:29 (UTC +04:00)

“Neftçi” – “Rapid”: Favorit açıqlandı

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya) görüşünün əmsalları açıqlanıb. 

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bukmeker kontorları Azərbaycan vitse-çempionunun görüşündə qonaqları favoriti sayırlar. 

Bu gün “Bakcell Arena”da baş tutacaq matçda “Neftçi”nin qələbəsi 3,56, qonaqların uğuru 2,02 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,30 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337
avatar

Oxşar yazılar