Mövsümü bitirən futbolçular - SİYAHI
17 may 2022 05:19 (UTC +04:00)

Mövsümü bitirən futbolçular - SİYAHI


Azərbaycan Premyer Liqasında 7 futbolçu mövsümü başa vurub.

Lent.az Apasport.az saytına istinadla xəbər verir ki,  məlumatına görə, XXVII turda cəzalı duruma düşən bu oyunçular sonuncu matçı buraxmalı olacaq.

“Şamaxı”, “Neftçi” və “Sabah”ın hərəsində iki itki var. Bölgə təmsilçisi Elçin Mustafayevlə Merab Qiqaurinin xidmətindən məhrum olub. Hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb.

“Neftçi”nin iki üzvü də eyni halla üzləşib. Bunlar Emin Mahmudovla Azər Əliyevdir.

“Sabah”ın oyunçuları isə fərqli səbəblərdən cəzalı duruma düşüb. Amin Seydiyev qırmızı vərəqə aldığı üçün, Zurab Oçiqava 8-ci xəbərdarlığa görə son turu buraxacaq. “Səbail”in yeganə itkisi Domantas Şimkus mövsümdə 4-cü sarı vərəqəsini alıb.

Qeyd edək ki, 7 futbolçudan başqa iki baş məşqçi – Rəşad Sadıqov (“Zirə”) və Murad Musayev (“Sabah”) də 4-cü sarı vərəqə aldığından son turda kənarda qalacaq.
 

# 1959
avatar

Oxşar yazılar