2021-ci ildə müqaviləsi başa çatan "Barselona"dan ayrılaraq PSJ-yə imza atan Lionel Messinin 2020-ci ildə müqaviləsini yeniləmək üçün Kataloniya klubundan tələb etdiyi maddələr ortaya çıxıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, argentinalı ulduzun istəklərinin həddindən artıq olduğu diqqət çəkib.
Lionel Messinin “Barselona”da qalıb-qalmayacağı uzun müddət gündəm olub. Argentinalı ulduz müqaviləsi başa çatdıqdan sonra PSJ ilə müqavilə imzalayıb. Messinin 2020-ci ildə müqaviləsini uzatmaq üçün "Barselona"ya irəli sürdüyü tələblər ortaya çıxıb.
İspaniyanın "El Mundo" qəzeti, Lionel Messi ilə "Barselona" arasında müqavilə uzadılması danışıqlarını oxucularına çatdırarkən, onun “Barselona” ilə indiyə qədər imzaladığı müqavilənin məbləğini də sənədlərlə açıqlayıb. Ümumi tələblər futbol dünyasında görünməmiş şəkildə idi.
3 illik yeni müqavilə
Lionel Messi 2020-ci ildə "Barselona"dan yeni 3 illik müqavilə istəyib, müqaviləsinin bitməsinə bir il qalıb. Lakin yeni müqavilədə tələb olunan bəndlər “Barselona”nın çox yaxşı öhdəsindən gələ biləcəyi şəkildə deyildi.
İmza bonusu tələb edildi
Lionel Messi yeni müqavilə imzalamaq üçün "Barselona"dan 10 milyon avro mükafat istəyərkən, pandemiya səbəbiylə illik qonorarının azaldılmasını sonrakı illərdə faizlə geri almaq istəyib.
İllik ödənişin itirilməsinə yol verilmir
Lionel Messi pandemiya səbəbindən 2020-21 mövsümü üçün illik maaşının 20 faiz azaldılmasına razılaşıb. Lakin o, bu azalmada itirilən hissələrin 2021-22 və 2022-23 mövsümlərində illik 3 faiz olmaqla bərabər hissələrlə ödənilməsini tələb edib.
Argentinaya şəxsi təyyarə
Argentinalı oyunçu Milad bayramında onun və ailəsinin ölkələrinə qayıtması üçün şəxsi təyyarə ilə təmin olunmasını xahiş edib.
Messi və Suares ailəsi üçün loja
Lionel Messi “Kamp Nou”dan öz ailəsi və yaxın dostu Luis Suaresin ailəsi üçün xüsusi loja istəyib.
Vergi artımının qarşısının alınması
Argentinalı ulduz müqaviləsində yazılan maaşların artırıla biləcəyini də qeyd edib. Vergi artımı olacağı təqdirdə klub tərəfindən qarşılanmaq üçün maaşının artırılmasını tələb edib.
Sərbəst qalma maddəsi 10 min avro
Lionel Messinin 2020-ci ilə qədər olan mövcud müqaviləsində sərbəst qalma bəndi 700 milyon avro olaraq müəyyən edilib. Argentinalı oyunçu bu bəndi imzalayacağı müqavilədə təmsilçilik haqqına bağlamaq istəyirdi. Onun istədiyi vaxt klubu tərk etməsinə icazə verərək sərbəst qalma müddəasının 10 min avroya endirilməsi istənilib.
Messinin əlavə tələblərinə qardaşı Rodriqoya aid olan komissiya məbləğlərinin dərhal depozitə qoyulması da var idi.
“Barselona”nın cavabı
Lionel Messinin sərt tələblərini “Barselona” rəhbərliyi qismən yerinə yetirməyə razılaşsa da, bəzi əks tələblər irəli sürülüb. Kataloniya komandası futbolçudan maaş endirimini 30 faizə çatdırmağı xahiş edib və buna qarşı tərəfdən qismən müsbət cavab alınıb.
Danışıqlardan iki həftə sonra “Barselona” prezidenti Xosep Mariya Bartomeu tələb olunan bəzi məqamları rədd edbi. O, Messinin getməsi üçün qapını açıq buraxmaq təəssüratı yaradacağından 10 min avroluq sərbəst buraxılış maddəsini qəbul etməyib. Bundan əlavə, oyunçunun tələb etdiyi 10 milyon avro imza bonusu ilə də razılaşmayıblar. "Barselona"nın maliyyə vəziyyəti nəzərə alınaraq bu məsələdə vəziyyət yaxşılaşana qədər oyunçunun gəlirinin artırılmasına icazə verilməyib.
Kataloniya komandasının bu münasibətindən sonra prezidentin rədd etdiyi maddələr Messini və ətrafını narahat edib. Avqustda çox danışılan komandadan ayrılma xahişi kluba çatdırılıb. Bununla belə, argentinalı ulduz daha bir mövsüm komandada qalıb və müqaviləsi 2021-ci ildə başa çatdıqdan sonra PSJ ilə müqavilə imzalayıb.
Əvvəlki müqavilələrini də açıqlayıblar.
“El Mundo” daha əvvəl Lionel Messinin 2017-21-ci illəri əhatə edən tarixi müqaviləsini açıqlamağa nail olmuşdu. Qəzet bu prosesdə argentinalı ulduza 555 milyon avro ödənildiyini yazıb.