"Mançester Siti" mövsümün ən vacib vaxtında bombardirini  itirdi
01 aprel 2025 16:35 (UTC +04:00)

"Mançester Siti" mövsümün ən vacib vaxtında bombardirini itirdi

İngiltərənin “Mançester Siti” futbol klubunun əsas bombardiri Erlinq Haaland İngiltərə kubokunun 1/4 finalında “Bornmut”la oyunda sol topuğundan zədə alıb. Norveçli futbolçu mövsümün sonuna səkkiz tur qalmış sıradan çıxıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, martın 31-i axşam komandanın mətbuat xidməti əsas snayperinin səhhətinin vəziyyəti ilə bağlı məlumat yayıb. Hücumçu İngiltərə Kubokunun 1/4 finalında "Bornmut"la səfər oyunun ikinci hissəsində zədələnib.

Həmin görüşdən sonra Erlinq Haalandın tibbi yardıma ehtiyacı olub. O, arenanı qoltuqaltı və qoruyucu ayaqqabılarda tərk edib.

Klub ümid edir ki, Erlinq mövsümün sonuna qədər meydana qayıdacaq. Amma son qərar ikinci müayinədən sonra veriləcək.

Bir neçə mənbəyə görə, Haaland mövsümün qalan hissəsini buraxa bilər. Onun “Mançester Siti”yə yalnız yayın əvvəlində, ABŞ-da klublararası dünya çempionatı başlayanda kömək edə biləcəyi proqnozlaşdırılır.

Norveçli futbolçu indiyədək rəqib qapılarına 21 qol vuraraq Premyer Liqanın bombardiri siyahısında ikincidir. Burada lider "Liverpul"un futbolçusu Məhəmməd Salahdır (27).

Yanvarın əvvəlində Erlinq Haaland "Mançester Siti" ilə yeni 10 illik müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar

Prezidentin nəvəsi FİNALDA

Prezidentin nəvəsi FİNALDA

17 may 2025 , 20:50
Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42