"Mançester Siti" yaxın günlərdə daha bir məşhur transferi reallaşdırmağa hazırlaşır.
Lent.az xarici mediaya istinadən bildirir ki, Fabrisio Romanonun sözlərinə görə, "şəhəelilər" Frankfurt "Ayntraxt"ından Omar Marmuşla müqavilə imzalayacaq. Mankunianlılar tezliklə Almaniya komandasına rəsmi təklif göndərəcək.
Sövdələşmə strukturuna bonuslar və digər əlavə şərtlər daxildir. İlkin məlumata görə, Marmus üçün 80 milyon avro ödəniləcək.
Bu mövsüm misirli 18 qol vurub və 11 məhsuldar ötürmə edib.