“Liverpul”un müdafiəçisi Natanyel Fillips bu yay klubunu dəyişə bilər.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, 25 yaşlı oyunçu “Bornmut” və “Fulhem”in maraq dairəsindədir.
“Qırmızılar” futbolçusunun satışından 10 milyon funt-sterlinqdən çox gəlir əldə etmək istəyir. Bu üzdən rəhbərlik digər klublardan buna uyğun təklif gözləyir.
Qeyd edək ki, Natanyel Fillips 2016-cı ildən “Liverpul”da çıxış edir. O, ötən mövsümün ikinci yarısında icarə əsasında “Bornmut”un formasını geyinib.