"Liverpul" klub tarixinin ən bahalı transferinə  yaxınlaşıb
19 iyun 2025 12:41 (UTC +04:00)

"Liverpul" klub tarixinin ən bahalı transferinə yaxınlaşıb

Almaniyalı yarımmüdafiəçi Florian Virts bu gün Böyük Britaniyaya səfərə hazırlaşır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə bir neçə mötəbər mənbə məlumat yayıb. İnsayder Fabrisio Romano qeyd edir ki, tərəflər bir həftə əvvəl razılığa gəliblər və bu gün Virts müqaviləni imzalamaq üçün Liverpula gələcək.

Qeyd olunur ki, bu məlumatı digər avropalı jurnalistlər də təsdiqləyir. Plana əsasən, iyunun 20-də futbolçu tibbi müayinədən keçəcək, bundan sonra sövdələşmə rəsmən başa çatacaq.

Xatırladaq ki, Virtsn transferi "Liverpul" tarixinin ən bahalı transferi olacaq. Bundan əvvəlki rekord 2022-ci ildə "Benfika"dan 85 milyon avroya alınmış Darvin Nunesə məxsus idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar