Keçmiş hücumçu narkotik qaçaqmalçılığında  günahını etiraf etdi
22 may 2025 12:54 (UTC +04:00)

Keçmiş hücumçu narkotik qaçaqmalçılığında günahını etiraf etdi

“Arsenal” və digər Premyer Liqa klublarında çıxış edən Cey Emmanuel-Tomas əvvəllər narkotik qaçaqmalçılığı ilə məşğul olub. Bunu futbolçunun özü etiraf edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, keçmiş Premyer Liqa oyunçusu Tailandı tərk edərkən 600 min funt sterlinq dəyərində mariuxana aparıb.

O, ötən ilin sentyabrında London-Stansted hava limanında həbs edilib və narkotik qaçaqmalçılığı ittihamı ilə üzləşib.

Məhkəmə 34 yaşlı ingilisin cəzasını daha sonra müəyyən edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar