HİK-lə oyunun biletlərinin qiymətini açıqladı –  “Neftçi”
01 avqust 2021 14:00 (UTC +04:00)

HİK-lə oyunun biletlərinin qiymətini açıqladı –  “Neftçi”

 

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – HİK oyununun biletləri sabah saat 12:00-da satışa çıxarılacaq. 

Apasport.az xəbər verir ki, bu barədə klub saytı vasitəsilə məlumat yayıb. 

Bildirilib ki, qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək.

Qeyd edək ki, avqustun 3-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK oyunu saat 21:00-da başlanacaq.

# 1572
avatar

Oxşar yazılar