“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov Türkiyəyə yollanıb.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, ötən ilin noyabrında paytaxt klubundan ayrılan mütəxəssis Super Liqada mübarizə aparan “Antalyaspor”un düşərgəsində yer alıb.
O, yerli həmkarı Ersun Yanalın şəxsi dəvəti ilə qardaş ölkəyə səfər edib.
Türkiyəli çalışdırıcı Məmmədovu özünün məşqçi korpusunda görmək niyyətindədir və təklif göndərməkdə məqsəd anlaşma şərtlərini üzbəüz müzakirə etməkdir.