"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 21-ci turunda "Brayton"a qarşı (1:1) oyunda klubun heyətində 150-ci qolunu vuraraq şəxsi rekordunu qırıb.
Lent.azın xarici mediaya istinadla məlumatına görə, 25 yaşlı futbolçu bu mərhələyə çatmaq üçün bütün yarışlarda 173 oyun keçirməli olub. O, həmçinin 25 məhsuldar ötürmə edib.
Erlinq Haland 2022-ci ilin yayında Dortmund "Borussiya"sından "Mançester Siti"yə keçib.
"Transfermarkt" onun transfer dəyərini 200 milyon avro qiymətləndirir.