Dünyada  İLK DƏFƏ:   boksçu rinqə çağırılan kimi qaçdı
04 iyul 2022 19:00 (UTC +04:00)

Dünyada İLK DƏFƏ: boksçu rinqə çağırılan kimi qaçdı

Fransız boksçu Siril Makiadi alman Leon Harta qarşı döyüşdən imtina edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, boksçular “WBA” kontinental kəməri uğrunda döyüşməli idilər.

Məlumata görə, boksçulardan biri qaçdığı üçün döyüş baş tutmayıb. Bundan əvvəl isə ukraynalı boksçu Polşadan olan rəqibini sərt şəkildə məğlub edib.

Bildirilir ki, “WBA” kontinental kəməri uğrunda ağır çəkidə alman Leon Hart və fransız Siril Makiadi qarşılaşmalı idi.

Döyüş vaxtı çatanda rinqə ilk Hart çıxıb. Aparıcı fransızın çıxışını elan etsə də, o, rinqə çıxmayıb. Bir dəqiqə sonra proqramın prodüseri çıxıb və bildirib ki, 30 ildir boksla məşğul olsa da, indiyədək belə halla qarşılaşmayıb. 

Belə ki, fransalı idmançı bütün sənədlərə imza ataraq, döyüşdən imtina edib. Buna görə də rinqdə olan Hartın qələbəsi elan edilib.

# 1569
avatar

Oxşar yazılar